23.12.2024, 22:14
AZ EN
17.09.2023, 10:24 268

Tarix yazan qəhrəman

XƏBƏRLƏR
  • Torpaqlarımızın düşməndən azad edilməsi uğrunda başlayan İkinci Qarabağ müharibəsində şəhid olanlardan biri də Elgün Vasif oğlu Quliyevdir. 3 bacının tək qardaşı...

Elgün 1992-ci il sentyabrın 17-də Şamaxı rayonu Göylər kəndində anadan olub. 1998-ci ildə Şamaxı rayon Göylər kənd T.Kərimov adına 2 saylı tam orta məktəbinin 1-ci sinfinə gedib. 2005-ci ildə İsmayıllı rayon Natiq Mehdiyev adına İsmayıllı kənd orta məktəbi bitirdikdən sonra

Sumqayıt Dövlət Universitetinin tarix müəllimliyi ixtisası üzrə təhsil alıb.

Şəhidimizin bacısı Günel Manafova qardaşı haqqında danışarkən bildirib ki, Elgün gülərüz, xoş sima, zarafatcıl və çox vətənpərvər idi: "O, 2016-cı ildə Aprel döyüşləri vaxtı Müdafiə Nazirliyinə könüllü olaraq müraciət etmişdi. Həmin vaxtdan müharibəyə getdiyi müddətə kimi Bakıdakı restoranlardan birində işləyirdi. Sonra ölkədə karantin rejiminin başlaması ilə kəndə qayıtdı. Özü imtahanlara hazırlaşdı. MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında 52 bal yığaraq Lerik rayonunun Sors kəndinə tarix müəllimi təyin olundu. İxtisası üzrə işləyəndə çox sevinmişdik”.

Elgün Qulitev sentyabrın 28-da könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanıb. Füzuli, Xocalı, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak edərək qəhrəmancasına döyüşüb. 9 noyabrda Şuşada şəhidlik zirvəsinə ucalıb. Tarix müəllimi işləyə bilməyən Elgünün adı da Vətən müharibəsində tarix yazan oğullarımızın cərgəsində əbədiləşib.

Qəhrəmanımız noyabr ayının 12-də böyüyüb, boya-başa çatdığı Şamaxı rayonunun Dağ Göylər kəndinin kənd qəbirstanlığında böyük izdiham və ehtiramla dəfn olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər