19.10.2024, 18:27
AZ EN
13.10.2023, 13:38 354

Rusiyanın Ermənistandakı səfiri Dərələyəzə də baş çəkdi

XƏBƏRLƏR

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Vayots Dzor vilayətinə (Dərələyəz) səfər edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilir ki, dünənki səfər zamanı onu Ermənistandakı Rusiya təşkilatlarının rəhbərləri müşayiət edib.

Səfir Vayots Dzor qubernatoru Ararat Qriqoryanla Qarabağdan Ermənistana gedənlərin vəziyyətini müzakirə edib. Söhbət zamanı tərəflər ictimai əhəmiyyətli müxtəlif proqramlar və birgə layihələrlə bağlı fikir mübadiləsi aparııb, qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.

Xatırladaq ki, Sergey Koprıkin bundan iki gün əvvəl başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Zəngəzur bölgəsinə getmişdi. Ermənilərin "Sünik" adlandırdığı bölgəyə səfərin məqsədi Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağdan buraya köçmüş sakinlərin vəziyyəti ilə tanış olmaq idi. Rusiyalı səfir yerli mətbuata açıqlamasında demişdi ki, Zəngəzura səfər etməklə Qarabağı tərk edərək bu bölgədə məskunlaşmış erməni sakinlərin ehtiyaclarını qiymətləndirmək istəyib. Amma Dərələyəzdə olduğu kimi, Zəngəzurda da yerli hakimiyyət orqanları ilə birgə proqramlar və əməkdaşlıq məsələləri müzakirə olunmuşdu.

Elxan SALAHOV

Oxşar xəbərlər