05.05.2025, 18:29
AZ EN
17.03.2025, 15:52 130

Yazıçı, publisist, telejurnalist Miraslan Bəkirlinin 70 yaşı tamam olur

XƏBƏRLƏR
  • Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qəzəl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir. Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972-1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda “Zarya” qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur.

Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18 saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan “Vətən səsi” qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb.

1984-cu ildən bədii yazılarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

“Çən qarısı” (uşaq hekayələri),

“İstək” (hekayələr, povectlər, esse və mənsur şeirlər),

“Qaçqının ünvanı olmur” (publisistika),

“Kəndim- kədərim",

“Əsərlər” – 1-ci cild (hekayəllər",

“Əsərlər” – 2-ci cild (povestlər)

“Kəndim- kədərim”- 2-ci cild (publisistika),

“Əsərlər” – 3-ci cild ("Sürgün" romanı),

“Əsərlər” – 4-cü cild ("Mübariz" romanı),

"Sürgün" (roman), Ankara, "Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyası",

"Mübariz" romanı dəyərli kitabları çap edilib.

Sevimli yazıçımız Miraslan Bəkirlini doğum günü münasibəti ilə təbrik, ona uğurlar arzulayırıq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər