23.11.2024, 01:10
AZ EN
20.09.2024, 08:51 268

Cəbrayıl sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Hacıqabul rayonu, Qızılburun yaşayış massivində salınmış köçkün qəsəbəsində növbəti səyyar qəbul keçirib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.

İcra başçısı bildirib ki, bu gün qürur hissi ilə söyləyə bilirik ki, ölkəmizdə hər bir sahə üzrə sürətli inkişaf hökm sürür, qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra olunur. Bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin, müstəqilliyimizi təmin edəcək dərəcədə güclü iqtisadiyyat, güclü ordu yaradılıb. Dövlət başçımızın apardığı mükəmməl iqtisadi siyasət sayəsində öz iqtisadi müstəqilliyini təmin edən Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bilib. Azərbaycanın mövqeyi nəinki regionda, hətta daha böyük coğrafiyada diqqətlə izlənilir. Şanlı ordumuzun dünyada yaranmış bu imici təbii ki, dörd il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etməsi, eyni zamanda keçən ilin sentyabr ayında cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə erməni seperatçılarının torpaqlarımızdan təmizlənməsi sayəsində formalaşıb.

Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələlərdən danışıblar. Rayon rəhbəri vətəndaşları dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Qəbulda iştirak edən rayon sakinləri problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər