25.06.2025, 13:40
AZ EN
26.02.2024, 17:46 273

Malıbəylini kənd sakinləri özləri tikir

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndində bərpa və yenidənqurma işlərinə başlanıb. Kənd sakinlərinin 31 il əvvəl tərk etdiyi doğma yurd elə onların özünün birbaşa iştirakı və öz əlləri ilə yenidən qurulur.

"Vətən səsi" xəbər verir ki, bunu Azərbaycan Dövlət Telefiziyasının həmin kənddən hazırladığı reportajda tiukinti barədə danışan inşaatçlar özləri də təsdiqləyib. Bildirilir ki, 123 fərdi yaşayış evində gedən işlər üç istiqamət üzrə - təmir, bərpa və ya yenidən inşa olmaqla kateqoriyalara bölünür. Burada komminikasiya xətləri, o cümlədən içməli su təchizatı və kanalizasiya şəbəkəsi də yenidən qurulur.

Malıbəyli kəndinin yenidən bərpasında iştirak edənlərin təqribən 60 faizi elə bu kəndin sakinləridir. Onlar doğma kəndlərində həm işlə təmin olunublar, həm də Malıbəylinin sakinləri olaraq onun qurulmasında iştirak edirlər.

Elxan SALAHOV

Oxşar xəbərlər