19.10.2024, 09:28
AZ EN
22.12.2023, 09:59 226

Rəşad Məcid: “Beş il əvvəl belə bir səfər hər birimizə ya yuxu, ya da fantastik bir hekayənin süjeti kimi gələ bilərdi.

XƏBƏRLƏR
  • 2023-cü il dekabrın 21-də Azərbaycanın qədim şəhəri olan Xankəndidə (ümumiyyətlə, işğaldan azad olunmuş torpaqlarda) ilk futbol matçının keçirilməsi tarixi bir hadisə kimi bütün azəbaycanlıları, eləcə də türk dünyasını qürurlandırdı. Çoxu bu matçı seyr etməzdən əvvəl ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə çıxışını sevinc göz yaşları ilə qarşıladı. Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin bu səhər öz FB səhifəsində paylaşdığı yazı, onun qəlbindən gələn sözləri sanki bütün azərbaycanlıların bu möhtəşəm gündə keçirdiyi hisslərin tərcümanıdır. Yazını “Vətən səsi”nin oxucularına təqdim edirik.  

“Qarabağ” futbol komandasının heyətiylə birlikdə Bakıdan təyyarə ilə Füzuliyə uçmaq, Qırmızı Bazardan, Xankəndinin yanından keçərək Şuşaya qalxmaq, səhərisi gün Xankəndi stadionunda “Qarabağ”la MOİK-in oyununu izləmək.

Beş il əvvəl belə bir səfər hər birimizə ya yuxu, ya da fantastik bir hekayənin süjeti kimi gələ bilərdi.

Amma bu möcüzə reallığa çevrildi.

...Xankəndidə stadiondayıq. Oyunun başlamasına az qalmış Azərbaycan Prezidenti İlham Əliyevlə Birinci xanım Mehriban Əliyevanın stadiona gəlişi böyük coşğu ilə qarşılanır.

Oyundan əvvəl çıxışına “Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!” –sözləri ilə başlayan dövlətimizin başçısı qısa nitqində heç kəsi və heç nəyi unutmur: stadiondakı şəhid uşaqlarına, onların ailə üzvlərinə ehtiramını ifadə edir, Xankəndinin qədim Azərbaycan diyarı olduğunu, bu kəndin təməlinin Qarabağ xanı tərəfindən qoyulduğunu, sonrakı illərdə Azərbaycanın vəsaiti hesabına böyük şəhərə çevrildiyini xatırladır, bu stadionun cəmi iki ay ərzində yenidən əsaslı təmir olunduğunu vurğulamaqla separatizm simvolikasını əks etdirən bütün yazıların silindiyini bildirir, bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacağının müjdəsini verir.

Oyun boyu stadionda şəhid övladları ilə birlikdə əyləşən dövlət başçısının bu alicənab davranışı isə xüsusi rəğbət doğurdu. Ümumiyyətlə, dünən stadiondakı mənzərəni müşahidə edərkən bir neçə dəfə kövrəldim, ən çox da Prezidentin çıxışında və alicənab davranışlarındakı kübarlıqdan və səmimiyyətdən təsirləndim.

Dövlət başçısının çıxışındakı bir nüans isə, zənnimcə, təkcə bir futbol oyunu haqqında fikirlər yox, həm də Qalib Liderin hər zaman üçün Azərbaycanla bağlı böyük arzularının ifadəsi idi: “Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!”

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər