22.11.2024, 05:16
AZ EN
14.01.2022, 16:00 188

“Ağdam rayonunda məcburi köçkün icması üçün Resurs Mərkəzinin yaradılması” layihəsi başa çatıb

XƏBƏRLƏR

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) dəstəyi ilə həyata keçirdiyi “Ağdam rayonunda məcburi köçkün icması üçün Resurs Mərkəzinin yaradılması” layihəsinin yekun hesabat iclası keçirilib.

AZƏRTAC-ın bu barədə yaydığı məlumatda bildirilir ki, iclasda “Regional İnkişaf” İctimai Birliyinin, müxtəlif təhsil, səhiyyə və sosial xidmət müəssisələrinin nümayəndələri və yerli icma üzvləri iştirak ediblər.

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi layihə çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib ki, Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində Resurs Mərkəzinin fəaliyyəti təmin edilib, icma üzvlərinin ehtiyaclarının araşdırılması və qiymətləndirilməsi məqsədilə sorğular keçirilib, hədəf qrup müzakirələri aparılıb, icmada çalışan 200-dən çox sosial, təhsil və tibb işçisi təlimlərə cəlb olunub. Eləcə də icma üzvləri səyyar təlimlər vasitəsilə beynəlxalq və yerli qanunvericilikdə nəzərdə tutulmuş hüquq və təminatları barədə maarifləndirilib, əhaliyə maarifləndirici materiallar paylanılıb.

Daha sonra layihə komponentləri üzrə müzakirələr aparılıb.

Xatırladaq ki, bu ilin sentyabr ayından start verilən layihənin məqsədi məcburi köçkün soydaşlarımızın işğaldan azad olunmuş doğma yurdlarına qayıdışına dəstək olmaq üçün icma üzvlərinin hüquq və təminatları barədə məlumatlılığının artırılması, onların ehtiyaclarının qiymətləndirilməsi, eləcə də icmada çalışan sosial, təhsil və tibb işçilərinin bilik və bacarıqlarının artırılmasıdır.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR