Bunu Ağalıya köçən kənd sakini Qədir Məmmədov deyib.
Ağalı sakini qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər köçkünlər üçün bir ümid oldu. Biz də həmin ümidli insanlardan biri idik. Həmçinin dəyərdim ki, biz xoşbəxt insanlarıq.
"İşğaldan azad olunmuş ərazilər yenidən qurulur. Çünki ərazilərimiz ermənilər tərəfindən dağıdılmış, mənimsənilmişdi. İşğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən davamlı infrastruktur layihələri uğurla həyata keçirilir. Biz inanırıq ki, digər məcburi köçkünlər də öz yurdlarına qayıdacaqlar. Bu anlar qürur tariximizin ən yaddaqalan hadisələrindəndir",- Məmmədov Qədir vurğulayıb. (AZƏRTAC)