Bu sözləri Füzuli rayonuna yola salınan keçmiş məcburi köçkün Güldəstə Nəsirova deyib.
“Azərbaycanın hər diyarı bir sərvətdir, gözəl guşədir. Amma Füzuli şəhəri mənim üçün daha əzizdir. Şəhidlərimizin qəhrəmanlıqları və qazilərimizin şücaəti sayəsində bu gün biz öz doğma elimizə, obamıza qayıdırıq. Bizə bu sevinci, qüruru yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarıq”, - deyə Füzuli sakini əlavə edib. (AZƏRTAC)