22.12.2024, 18:16
AZ EN
08.10.2022, 16:39 192

COVID-19-a 77 nəfər yoluxub, vəfat edən yoxdur

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 822 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 811 597 nəfər müalicə olunaraq sağalıb, 9 927 nəfər vəfat edib, aktiv xəstə sayı 580 nəfərdir.

Son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinin sayı isə 837 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 254, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 210, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 316, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 57 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 897 464, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 385 257, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 656, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 381 416, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 135 nəfər təşkil edir.

Oxşar xəbərlər