22.11.2024, 08:37
AZ EN
15.12.2022, 14:29 372

Kəlbəcər və Göygöl şəhidinin xatirəsi anılıb

XƏBƏRLƏR
  • Dünən Göygöl şəhər Şəhidlər Xiyabanında şəhid Məhəmmədli İsmayıl Mahir oğlu və Əliyev Teymur İman oğlunun məzarları ziyarət edilib və onların ailəsi ilə görüş keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kəlbəcər rayon İH başçısının müavini Fərqanə Əhmədova, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Göygöl RT-nın sədri Vüqar İsayev və Vətən Müharibəsinin qaziləri  şəhid məzarları üzərinə gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub və əziz xatirələri böyük ehtiramla yad edilib. Sonra hər iki şəhidin ailəsi evlərində ziyarət olunub.

Xatırladaq ki, Şəhid Məhəmmədli İsmayıl Mahir oğlu 1996-cı ildə yanvarın 1-də Gəncə şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. O, 44 günlük Vətən müharibəsində sentyabrın 29-da Murovdağ istiqamətində gedən qanlı savaşda  qəhrəmanlıqla şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid Əliyev Teymur İman oğlu 1991-ci ildə martın 26-da Göygöl rayonunun Qarabulaq kəndində anadan olub. 2009-cu ilin aprel ayından 2010-cu ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Vətən müharibəsinin qəhrəmanlarından olan Teymur  noyabr ayının 5-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR