“İndi çoxları soroşur ki,Qarabağın axırı necə olacaq? Pis olacaq!” – deyən Roman Bağdasaryan Qarabağ separatçılarının “milli təhlükəsizlik xidməti”ni bölgədə baş verən cinayətlərin qarşısını almaq əvəzinə onu təqib etməkdə ittiham edib və bu “qurum”u qanunsuz yaradılmış bir təşkilat adlandırıb. O, “xidmət”in əməkdaşlarının 44 günlük müharibədə döyüş meydanından qaçdığını bəyan edib. Roman Bağdasaryan separatçıların “təhlükəsizlik xidməti”ni Kəlbəcərin Çıldıran kəndi yaxınlığında qarabağlı “generallar”dan birinə məxsus “şüyüd plantasiyası”nda nə əkilib-becərilməsinə göz yummaqda günahlandırıb. Onun sözlərindən belə məlum olub ki, “təhlükəsizlik xidməti” saxta cinayət işləri əsasında tutulan minlərlə ermənini Şuşa türməsində və digər həbsxanalarda qətlə yetirib. Roman Bağdasaryan separatçıların rəhbərlərinin hazırda Azərbaycanın tapşırıqlarını yerinə yetirdiklərini iddia edib. O, Qarabağ ermənilərinin tezliklə işıq və qaz pulunu Azərbaycana ödəyəcəyini bildirib...
Əlbəttə, erməni yutuberin Azərbaycanın mövqeyibdən çıxış etdiyini söyləmək fikrindən uzağıq: “erməni xəstəliyi” bunların hər birinib şüuruna hakim kəsilib.Roman Bağdasaryan Qarabağ erməniləri ilə bağlı acı həqiqətləi dilə gətirməsi isə onun şəxsi maraqları ilə bağlıdır.
“Roman”ı aşağıdakı linkdən dinləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=Y1NGew72iGc