Bu gün Novruzun dördüncü çərşənbə, ilaxır çərşənbə - Torpaq çərşənbəsidir. Xalq arasında "Yer çərşənbəsi” də adlanır və bir çox bölgələrdə, hətta Novruz bayramından da çox təmtəraqla qeyd olunur.
Torpağın müqəddəsliyi həm də vətən, yurd, el-oba anlayışı ilə də bağlıdır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır. Yazda torpağın oyanması dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Torpaq çərşənbəsindən sonra torpaq oyanır, əkinə hazır olur. Toxum səpilir, bağ-bağçalarda yeni ağac tingləri əkilir.
Torpaq çərşənbəsi ilə Novruz çərşənbələri geridə qalır. Ən gözəl bayramımız Novruz bayramı gəlir!