21.05.2024, 04:18
AZ EN
05.02.2023, 08:00 191

Laçın-Xankəndi yolu: Dünən ekoaksiya ərazisindən 48 avtomobil maneəsiz keçib

XƏBƏRLƏR
  • Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir. Fevralın 4-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 32 təminat-təchizat və minik avtomobili maneəsiz keçib. Bundan əlavə, BQXK-yə məxsus 7 minik və 1 yük avtomobil səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə həmin nəqliyyat vasitələri geri dönüb.

Azərbaycan mediasının bu barədə yaydığı məlumat bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Oxşar xəbərlər