Aksiyada Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, RİH-in məsul əməkdaşları, idarə-müəssisələrin rəhbərləri iştirak ediblər.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qanvermə aksiyasında könüllü iştirak edən hər kəsə minnətdarlığını bildirib və qeyd edib ki, talasemiya, eyni zamanda digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı qanvermə aksiyalarından da asılıdır. Aşura günlərində isə ölkə ərazisində qanvermə aksiyaları təşkil olunur. Kəlbəcə rayon ictimaiyyəti də bu işdə fəallıq nümayiş etdirir.
Qeyd edək ki, könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.
Mina RƏŞİD