23.12.2024, 00:03
AZ EN
07.02.2023, 13:20 356

Prezidentin xüsusi nümayəndəsi: Şuşada minatəmizləmə prosesləri qısa müddətdə yerinə yetirilib

XƏBƏRLƏR
  • Bu tədbir minatəmizləmə məsələlərinə həsr olunub. Bilirik ki, minalar işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə mane olur.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov söyləyib.

O qeyd edib ki, mina problemi soydaşlarımızın öz yurdlarına qaytarılmasında çətinlik yaradır. Dövlət qurumlarımız insanların öz evlərinə qayıtması üçün çalışır. Bu istiqamətdə istənilən təşəbbüslərə dəstək vermək istəyirik.

Şuşanın qısa dövr ərzində - 44 günlük Vətən müharibəsi nəticəsində azad olunduğunu diqqətə çatdıran Aydın Kərimov deyib: “Müvafiq dövlət qurumları da Şuşada minatəmizləmə proseslərini qısa müddətdə yerinə yetirib. Biz Şuşada yerli enerji şəbəkəsini də qurmuşuq, xəstəxanalar, məktəblər tikirik. Şuşada iki mindən çox tarixi bina var. Onlar işğaldan dövründə dağıdılıb. Eyni zamanda, biz mədəni irsimizi də bərpa edirik”. (AZƏRTAC)

Oxşar xəbərlər