09.06.2025, 16:25
AZ EN
20.03.2025, 08:00 155

Cəbrayıl sakinlərinin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Səyyar qəbul qrafikinə əsasən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun növbəti qəbulu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon İcra hakimiyyətinin qərargahında keçirilib. Qəbulda aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.

İcra başçısı işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və əhalimizin öz dədə-baba yurdlarına köçürülməsi barədə də ətraflı məlumat verib. Daha sonra sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, onları narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapıb, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.

Günel QULİYEVA

Oxşar xəbərlər