"ASAN xidmət"də 4000-ə yaxın şəhid ailəsi üzvünə növbəsiz xidmət göstərilib
XƏBƏRLƏR
Bu günə qədər “ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralanan 4098 nəfər və 3943 şəhid ailəsi üzvü növbə gözləmədən xidmət alıb.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən xəbər verilib.
Bildirilib ki, həmin kateqoriyadan olan şəxslərin ümumilikdə 8041 müraciəti təmin edilib. (APA)