20.10.2024, 12:50
AZ EN
24.03.2023, 09:38 201

Bu gün şəhid Elməddin Hüseynzadənin doğum günüdür

XƏBƏRLƏR
  • 44 günlük Vətən Müharibəsinin igid döyüşçülərindən biri də Elməddin Hüseynzadədir.

O, 1998-ci il martın 24-də Bərdə rayonunda anadan olub. Atası onu körpəliyinin 23-cü günündən tərk edərək Rusiyaya gedib və bir də geri qayıtmayıb.

Anası Arzu xanım onu təkbaşına, minbir əziyyətlərlə böyüdüb boya-başa çatdırıb. 6 yaşından xalasıgildə qalan Elməddin Bərdə şəhərindəki 1 saylı məktəbə gedib. 2009-cu ildən anası Arzu xanım Sərkarlar kəndindən Bərdəyə köçüb və ana-oğul düz 9 ilə yaxın kirayələrdə yaşayıblar. 2017-ci ilin sonları, 2018-ci ilin əvvəllərindən isə minbir əziyyətlə tikdirdikləri evə, Divanlıya köçüblər.

2016-2018-ci illərdə hərbi xidmətdə olan Elməddin əsgərlikdən sonra bir müddət başqa işlərdə çalışıb, daha sonra isə anasının etirazlarına baxmayaraq, yenidən həyatını Orduya bağlayıb, MAXE kimi, fəaliyyət göstərib…

Elməddin Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılıb, torpaqlarımızın azadlığı uğrunda yaxından iştirak edib. Elməddin döyüş yoldaşları ilə birgə Tərtər bölgəsində düşmən üzərinə gedir. Talış və Suqovuşanın erməni tapdağından azad edilməsində şücaət göstərir.  Elməddin sentyabrın 29-da qəhrəmancasına şəhid olub. Nəşi Bərdəyə gətirilərək, Şəhidlər Xiyabanında böyük ehtiram və izdihamla torpağa tapışırılıb.

Elməddin qəhrəman döyüşçü kimi dövlət tərəfindən də qiymətləndirilir. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər