23.02.2025, 19:22
AZ EN
27.08.2024, 11:27 355

Sərsəng su anbarında bolsululuq rekord həddə çatıb

XƏBƏRLƏR
  • Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş Sərsəng su anbarının səthinin sahəsində əvvəlki illərlə müqayisədə bu il rekord səviyyədə artım olub.

"Vətən səsi" xəbər verir ki, bu barədə “Azercosmos”dan bildirilib. Qeyd olunur ki, zəngin su ehtiyatlarına malik anbarın su səthində 2014-2023-cü illər ərzində müəyyən artma-azalma olsa da, 2024-cü ilin peyk təsvirlərinin analizləri son 10 il ərzində su səthinin sahəsinin maksimum səviyyəyə – 1065 hektara çatdığını göstərir.

İşğal dövründə mənfi ekoloji təsirə məruz qalmış Sərsəng su anbarında suyun səthinin artması ötən ildən etibarən su anbarının ekosisteminin bərpasının nəticəsi hesab oluna bilər. Qarabağın ən iri su hövzəsi sayılan Sərsəng su anbarı təkcə aid olduğu iqtisadi rayon deyil, həm də ətraf bölgələr üçün strateji əhəmiyyətə malikdir.

Xatırladaq ki, ölkə ərazisində mövcud olan su resurslarının səmərəli istifadə edilməsi məqsədilə "Azərkosmos" tərəfindən davamlı təhlillər aparılır.

Elxan SALAHOV

Oxşar xəbərlər