Bunu qazi Turab Məmmədov deyib.
Onun sözlərinə görə, marafon çox yüksək səviyyədə təşkil olunub.
"Belə idman marafonlarının təşkil olunması müsbət haldır. Qazi yoldaşlarımla marafonda böyük məmnuniyyətlə iştirak edirik. Həmişə olduğu kimi Heydər Əliyev Fondu qaziləri diqqətdən kənarda qoymur. Buna görə, Heydər Əliyev Fonduna öz dərin təşəkkürümü bildirirəm",- deyə qazi qeyd edib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonuna start verilib.
“Bakı Marafonu 2023”də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.
2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
“Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edir.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq. (Trend)