09.07.2025, 20:51
AZ EN
28.07.2023, 17:53 414

Qubadlı sakinləri ilə qəbul keçirilib

XƏBƏRLƏR
  • Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon İsmət Qayıbov adına Saray kənd tam orta məktəbində keçirilib.

Qəbulda RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.

Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan 17 məsələdən 5-i yerində həll olunub, 9-u baxılması üçün nəzarətə götürülüb, 3 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər