20.10.2024, 11:52
AZ EN
12.10.2023, 16:20 181

"Onlar bizə əmanət" layihəsi davam edir

XƏBƏRLƏR
  • "YAŞAT" Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir.

2023-cü ilin 19-20 sentyabr tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Süleyman Mehdiyevin Mingəçevir şəhərində doğulan övladı Oksananın zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Qeyd edək ki, "Onlar bizə əmanət" layihəsi indiyədək 110 şəhid övladını əhatə edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər