09.06.2025, 21:43
AZ EN
12.07.2023, 10:25 261

Elə bir oğul olacam ki...

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri şəhid Allahverdiyev Elnur Kamil oğlunun doğum günüdür. O, 2001-ci il iyulun 12-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 2008-2019-cu illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin oktyabr ayının 4-dən Beyləqanda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb və Tərtər rayonunda xidmətini başa vurub.

Azərbaycan əsgəri Elnur Allahverdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin sonuna – Şuşaya qədər döyüş yolu keçib. Onun döyüş yolu Talış kəndi uğrunda gedən mübarizədən başlayıb.

İgid əsgər müharibənin son anlarında 2020-ci il noyabrın 9-da Şuşa  istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Elnur Allahverdiyev 2020-ci il noyabrın 10-da doğma Biləsuvarda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Elnur Allahverdiyev ölümündən sonra "Vətən uğrunda",  "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və"İgidliyə görə"  medalları ilə təltif edilib.

Bir vaxt “Mən elə bir oğul olacam ki, hamınız mənimlə fəxr edəcəksiniz”, -deyən Elnur Allahverdiyev sinəsinə sıxaraq gözbəbəyi kimi qoruyub saxladığı müqəddəs bayrağımızı Şuşaya qədər apardı.

Adını Vətənin Zəfər tarixinə qanıyla yazan Elnur Allahverdiyevlə bu gün nəinki doğmaları, bütün Azərbaycan qürur duyur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Elnur balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər