Dini icmanın rəhbəri bu barədə “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfransda çıxışı zamanı deyib.
"Biz dağ yəhudiləri seçkilərdə Qarabağ fatehi, Prezident İlham Əliyevin arxasındayıq. Ona lazımi dəstəyimizi göstərəcəyik. Biz şəhidlərimizin dırnaqları ilə qalxdığı Şuşanı bir də itirə bilmərik, itirməyəcəyik də", - M.Yevdayev qeyd edib.
O əlavə edib ki, Vətən müharibəsində Azərbaycan tək erməniyə deyil, erməni xislətinə də qalib gəldi. (Report)