22.05.2024, 02:28
AZ EN
08.07.2022, 13:35 381

HEÇ KİM UNUDULMUR

XƏBƏRLƏR

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova “Şəhid ruhunun səsi” filminin yaradıcı heyəti ilə görüş keçirib. Qeyd edək ki, film İkinci Vətən müharibəsi şəhidi Samir Ələkbərlinin həyat və döyüş yolundan bəhs edir. Ekran işinin yaxın günlərdə regional idarənin əhatə etdiyi Bərdə, Tərtər rayonlarında, Mingəçevir və Yevlax şəhərlərində təqdimatının keçirilməsi nəzərdə tutulub. Filmin ssenari müəllifi Şöhrət Eyvazov, bəstəkarı Sevinc Tofiqqızı, quruluşçu operatoru Zahir Əsədovdur.

***

Lerik rayonunun Amburdərə kəndində 44 günlük Vətən müharibəsi şəhidi Babazeynal Babazadənin doğum günündə xatirəsi anılıb. Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Lənkəran RMİ-nin Lerik rayonu üzrə baş məsləhətçisi Müqəddəs Dənziyev, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

***

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr olunmuş “44 gün – tarixi Zəfər” adlı üçcildliyin birinci cildinin (“A-Ə” hərfləri üzrə) təqdimatı keçirilib. Mərasimdə Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, teatrşünas, publisist Anar Burcəliyev və Respublika Xatirə Kitabı Redaksiyasının rəhbəri, nəşrin baş redaktoru Nəzakət Məmmədli çıxış ediblər. Bildirilib ki, kitabın birinci cildində 2020-ci ilin Vətən müharibəsində, eləcə də Aprel (2016) və Tovuz (2020-ci il, iyul) döyüşlərində həlak olanlar – ümumilikdə min nəfərə yaxın soydaşımız haqqında ensiklopedik məlumat yer alıb. 

***

Goranboy rayon Mərkəzi Kitabxanası Tovuz döyüşlərinin 2-ci ildönümü ilə əlaqədar “Tarix yazan igidlər” başlıqlı kitab sərgisi təşkil edib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin sədri Telman Əzimov tərəfindən Vətən müharibəsi şəhidləri Süleyman Qarayev və Fərid Hüseynovun ailələri ziyarət olunub.

Oxşar xəbərlər