İctimai TV-nin gənclərlə bağlı keçirdiyi sorğuda buna bir daha əmin oluruq.
İsmayıl Məmmədli bildirir ki, orda infrastruktur yenidən qurulur, yollar salınır, dəmir yolları tikilir, bütün sahələr üzrə səmərəli layihələr həyata keçirilir. Əlbəttə ki, mən də Qarabağda işləmək istəyərdim.
İsmayıl kimi düşünən Qarabağın inkişafında “Mənim də payım olsun”, - deyən gənclərimiz çoxdur. Belə gənclərdən biri də ekoloji terrora yox deyən Səbinə Bayramovadır. O, söhbət əsnasında ermənilərin Qarabağda ekoloji terror törətməsini vurğulayaraq, deyir:
-Mənim ixtisasım ekologiya mühəndisi olduğuna görə istəyərəm ki,
gələcəkdə Qarabağda dağıdılmış ərazilərin bərpa olunmasında yaxından iştirak edim, mənim də burada bir köməyib olsun.
Gənclərimizin arzusu Qarabağda gedən sürətli inkişafla gerçəkləşir. Belə ki, iş yerləri günü-gündən artır. Özü də müxtəlif sahələrdə. Bu, Dövlət Məşğulluq Agentliyini saytında işəgötürənlərin çoxsaylı elanlarında yer aldığı vakansiya banktında da görülür.
Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Famil Məcidli məsələyə münasibətini belə ifadə edir:
-Gənclər, həm “Dost” mərkəzlərinə, həm də regional məşğulluq filiallarına müraciət edərək bu vakansiyalarla həm tanış ola bilərlər, həm də niyyətlərini bildirə bilərlər ki, bu bölgələrdə işləmək istəyirlər. Vakansiyalar olduğu zaman biz öncəliyi bu şəxslərə veririrk ki, bəli, bu şəxslər filan bölgədə işləmək istəyirdi, getməyə razıdır və o şəxslərin bilik və bacarıqları əgər vakansiyanın tələblərinə və şərtlərinə uyğun gələrsə, o şəxslə əlaqə yaradılır və o iş yerlərinə göndəriş verilir.
Qeyd edək ki, Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərində məskunlaşma, yeni iş yerlərinin açılmasına səbəb olub. Burada həmçinin özünəməşğulluq geniş inkişaf edib.
Şuşaya reallaşacaq köç ilə əladədar isə agentlik tərəfindən müxtəlif işlər görülməkdədir.
Agentliyin şöbə müdiri onu da qeyd edib ki, təxminən 20 min 399 nəfərin şəxsi məlumatları təhlil olunmuş, onlardan kimlər, ümumiyyətlə, aktif əmək bazarında içərisində iqtisadi fəal əhalidir, iqtisadi fəal əhali deyil, bunlar müəyyənləşdirilmişdir və növbəti mərhələrə artıq işə götürənlərlə görüşlər nəzərdə tutulub ki, işə götürənlərin bir qismi ilə görüşlər həyata keçirilir. Bundan başqa, təbii ki, Şuşada köçdən başqa, hal-hazırda Şuşada bir həyat var artıq, ordada müəəyən işlər gedir, müəyyən müəssisələrin fəaliyyəti var və təbii ki, o müəssisələrdə işləmək üçün bizim şəxslərə ehtiyacımız var. Bu çərçivədə işə götürənlər mütəmadi şəkildə bizlərlə əlaqə saxlayırlar. Əmək və Məşğulluq altsistemində vakansiyaları yerləşdirirlər ki, son 2023-cü ilin ikinci rübündə təxminən 410-a yaxın, bu təqribi rəqəmdir, vakansiya yerləşdirilmişdir və biz bu mərhələdə də, köçdən əvvəlki mərhələdə də artıq o vakansiyalara göndərişlər həyata keçiririk.
Əmək haqlarına gəlincə, bu. İşəgötürənlərin təklif etdiyi vakansiyalardan asılıdır. Qarabağ və Şərqi Zəngəzurda təklif olunan maaşlar, digər regionlarla müqayisədə daha yüksəkdir. Bunun isə başçıca səbəbi bərpa-quruculuq işlərinə peşəkarların cəlb olunmasıdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ