22.09.2024, 05:50
AZ EN
25.10.2023, 09:20 245

Qarabağda sülhməramlıların 24 müşahidə məntəqəsi bağlanıb

XƏBƏRLƏR
  • Sentyabrın 19-dan oktyabrın 24-dək olan müddətdə Qarabağ bölgəsində Rusiya sülhməramlılarının 24 müşahidə məntəqəsini bağlanıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycan ordusunun sentyabrın 19020-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasın aid ərazilərdə nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün yollarda 6 yeni müşahidə məntəqəsi yaradılıb. Həmin məntəqələrdən 2-si Azərbaycan tərəfi ilə birgə quraşdırılıb.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

Elxan SALAHOV

Oxşar xəbərlər