Bu barədə universitetin məlumatında bildirilib.
Bildirilib ki, infosessiyaların əsas məqsədi tələbələrin universitet həyatına inteqrasiyasını asanlaşdırmaq, onlara təhsil aldıqları mühit, mövcud imkanlar və qaydalar haqqında ətraflı məlumat vermək olub.
İnfosessiyalar zamanı tələbələrə universitetin struktur bölmələri, onların fəaliyyət istiqamətləri və tələbələrlə iş mexanizmləri barədə geniş məlumatlar təqdim olunub.
Eyni zamanda tələbə həyatı, tələbə klublarının fəaliyyəti, könüllülük proqramları, universitet daxilində təşkil olunan sosial və akademik tədbirlərlə bağlı məlumatlar paylaşılıb.
Bundan əlavə, universitetdə tətbiq olunan təhlükəsizlik və nizam-intizam qaydaları, rəqəmsal alətlər – elektron xidmətlər və onlayn resurslar haqqında təqdimatlar nümayiş etdirilib. Tələbələrə kitabxanadan istifadə, elektron bazalara çıxış və elmi resurslardan faydalanma imkanları izah edilib və onları maraqlandıran suallar cavablandırılıb.
İnfosessiyalar tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Tahirə AĞAMİRZƏ