20.09.2024, 13:46
AZ EN
26.04.2024, 10:13 317

Laçına köçən jurnalist doğma yurdda işlə təmin olundu

XƏBƏRLƏR
  • Bir neçə ay əvvəl doğma yurdu Laçına köçən və orada yaşamağa qərar verən jurnalist Yeganə Quliyeva işlə təmin olunub.

"Vətən səsi" xəbər verir ki, Laçına köçənədək nüfuzlu media orqanlarında çalışan, sonuncu iş yeri isə "Teleqraf" qəzeti olan Yeganə Quliyeva Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi təyin edilib.

Xatırladaq ki, Yeganə Quliyeva Laçın rayonunda doğulub. 1992-ci ildə Laçın işğal olunandan sonra Bakıda məskunlaşmışdı.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR