08.09.2024, 07:15
AZ EN
02.10.2022, 13:18 143

Prokurorluq Xocavənddə mina partlaması ilə bağlı məlumat yayıb

XƏBƏRLƏR

Oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Xocavənd Rayon Prokurorluğunun yaydığı məlumat bildirilib ki, ilkin araşdırmalara görə, həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır. (AZƏRTAC)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən APA-ya məlumat verilib ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasif Nüsrət oğlu xəsarət alıb. Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib. Vəziyyəti stabildir.

Oxşar xəbərlər