19.10.2024, 06:19
AZ EN
28.03.2022, 09:00 277

Neftçalada Vətən müharibəsi şəhidinin xatirə bulağı açılıb

XƏBƏRLƏR

Neftçalada Vətən Müharibəsi şəhidi Mehbalıyev Vasif Gülhəsən oğlunun adına xatirə bulağı istifadəyə verilib. Rayonun Aşağı Surra kəndində, şəhidin doğum günündə xatirə bulağın bulağın açılışı olub.

Açılış mərasimində şəhid ailələri, qazilər, rayonun məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edənlər Vasif Mehbalıyevin həyat yolundan, döyüş şücaətlərindən danışıblar, şəhidin ruhu ehtiramla yad olunub.

Qeyd edək ki, Mehbalıyev Vasif Gülhəsən oğlu 26 mart 1994-cü il Neftçala rayonu Aşağı Surra kəndində anadan olub. O, 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. V.Mehbalıyev 2020-ci il oktyabrın 16-da Neftçala rayon Aşağı Surra kənd qəbiristanlığında dəfn olunub.

O, ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. ("Report")

Oxşar xəbərlər