18.06.2025, 14:46
AZ EN
18.06.2025, 10:37 221

Mina Rəşidin “Əziz Peyğəmbərimiz” adlı kitabı çap edilib

XƏBƏRLƏR
  • Bu günlərdə “Vətən səsi”nin əməkdaşı, AYB-nin üzvü, Prezident mükafatçısı Mina Rəşidin “Əziz Peyğəmbərimiz” adlı uşaq və gənclər üçün nəzərdə tutulan kitabı çap edilib. Kitab “AVE print” nəşriyyatında işıq üzü görüb.

Yazıçı, “Ulduz” jurnalının şöbə redaktoru Hicran Hüseynovanın kitabda yer alan yazısında qeyd edilir ki, nəşrdə sonuncu peyğəmbərimiz olan Muhəmməd (s.a.s) peyğəmbərin həyatından, ümumən İslam dininin gözəlliklərindən, üstünlüklərindən bəhs edilir. Ən başlıcası isə odur ki, müəllif bütün bu bilgiləri həm gözəl, axıcı poeziya dilində, həm də məktəb yaşlı uşaqların başa düşəcəyi qədər sadə, anlaşıqlı bir dildə qələmə alıb. İmanlı, inamlı övlad yetişdirmək istəyən valideynlər, bu kitab gözəl məqsədinizə çatmaq yolunda ən böyük yardımçınız olacaq. İnşəAllah!

Qeyd edək ki, kitabın redaktorları tanınmış yazıçılar - Sevinc Nuruqızı, Hicran Hüseynova və Ayişə Nəbidir. Tərtibatçı isə Elşən Şıxlıdır.

Onu da əlavə edək ki, bu Mina Rəşidin sayca 9-cu kitabıdır.

Günel QULİYEVA         

Oxşar xəbərlər