04.04.2026, 03:47
AZ EN
03.04.2026, 23:50 91

Uraloğlu Zəngəzur dəhlizinin önəmindən danışıb

XƏBƏRLƏR
  • Çindən gələn yüklər Xəzər dənizi vasitəsilə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropaya daşınır, Zəngəzur dəhlizi isə bu marşruta alternativ olacaq.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Gürcüstan vasitəsilə daşınmaların həcmi o qədər də böyük deyil, buna görə də Zəngəzur dəhlizini alternativ yol hesab edirik", - o bildirib.

"Bu dəhliz Xəzər dənizi vasitəsilə Şərqə uzanacaq, koridorun istifadəyə verilməsi istiqamətində iş görürük. Bu dəhlizin Türkiyə hissəsi 224 kilometrdir və 2025-ci ildə təməli qoyulub", - nazir qeyd edib.

Uraloğlu bildirib ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı işləri tamamlamağa yaxındır:

"Naxçıvanda da işin əsas hissəsi yekunlaşıb. Bütün işlər tamamlanandan sonra Çindən Avropaya uzanan Orta Dəhliz Bakı-Tbilisi-Qars xətti və Zəngəzur dəhlizi vasitəsilə təmin olunacaq".

O qeyd edib ki, bu dəhliz iqtisadi səmərəsi ilə yanaşı, Orta Asiya, Türk Dünyasına qısa yol baxımından da önəmlidir. (Report)

Oxşar xəbərlər