Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdan bəri 306 nəfər mina qurbanı olub: “Ümumilikdə isə 3 300 nəfərdən çox azərbaycanlı ötən 30 il ərzində mina qurbanı olub”.
XİN başçısı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyi barədə Ermənistanın məlumat verməkdən yayınmasına da diqqət çəkib: “Digər vacib məsələ təxminən 4 000 azərbaycanlının 1990-cı illərdəki müharibə zamanı itkin düşməsidir. Həmin şəxslərin taleyi haqqında məlumatları açıqlaması ilə bağlı çağırışlarımıza Ermənistan beynəlxalq hüququ heçə sayaraq məhəl qoymur. Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir”. (Report)