Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.
"Ümid edirik ki, regional infrastrukturun açılması Çin və digər ölkələrlə ticarət dövriyyəsinin həcmini artırmağa imkan verəcək və biz bu istiqamətdə irəliləyirik", - nazir vurğulayıb.
Onun sözlərinə görə, İrəvan həmçinin Ermənistanda iri infrastruktur layihələrinin həyata keçirilməsində Çin şirkətləri ilə gələcək əməkdaşlığa da ümid edir. (Report)