22.11.2024, 00:25
AZ EN
03.11.2023, 17:02 378

Overçuk: Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ikitərəfli məsələdir

XƏBƏRLƏR
  • Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ikitərəfli məsələdir.

Bunu Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupun həmsədrləri Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinləridir.

“Rusiyanın bu prosesdə iştirakına və roluna gəlincə, biz hər zaman dəstək verməyə hazırıq. Biz həmişə dəstək verməyə və sənədləri, o cümlədən Rusiyada tarixən mövcud olan kartoqrafik sənədləri təqdim etməyə hazırıq", deyə Rusiya rəsmisi vurğulayıb.

Overçuk regionda kommunikasiyaların açılması ilə bağlı rəsmi olaraq işçi qrupun mövcud olduğunu xatırladıb. Bildirib ki, sonuncu dəfə işçi qrup iyunun 2-də toplaşıb.

"Mehridən keçən dəmir yolunun tikintisinə başlanılması ilə bağlı birgə bəyanatın mətni də böyük ölçüdə hazırdır. O ki qaldı yolun tikintisinə, bilirsiniz ki, Azərbaycan artıq Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən avtomobil yolunun tikintisinə başlayıb. Bildiyimizə görə, Azərbaycanla İran arasında Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair də memorandum imzalanıb. Ermənistanda tikilməkdə olan Şimal-Cənub magistral yolu İrandan Ermənistan ərazisindən Gürcüstana qədər uzanacaq çox mühüm infrastruktur layihəsidir. Əlbəttə ki, Yuxarı Larsı nəzərə alsaq, o, bizim Şimal-Cənub dəhlizimizdə də çox mühüm rol oynayacaq. Biz buna əminik", deyə Rusiya baş nazirinin müavini əlavə edib. (APA)

Oxşar xəbərlər