23.12.2024, 19:35
AZ EN
28.11.2023, 17:18 264

Musa Qasımlı: "Qarabağa Azərbaycan təhsili qayıdır"

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndinə səfəri və üç rəngli bayrağımızın Xankəndidə qaldırması xalqımız, Azərbaycanı sevənlər tərəfindən necə sevinc, qürur, fəxarət hissi ilə qarşılanmışdısa, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması xəbəri də xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Bu, böyük xoşbəxtlikdir, böyük bir uğurdur. 30 il torpağımızı işğalda saxlayan düşmən üzərində QƏLƏBƏmizin ali məqamıdır!

"Xankəndi şəhərində Qarabağ Universiteti yaradılması Azərbaycanın müasir tarixi üçün əlamətdar hadisədir. Təhsilimizin tariximizlə ən mükəmməl nailiyyəti, birgə əməyinin bəhrəsidir".

Bunu Milli Məclisin deputatı Musa Qasımlı "Moderator.az" saytına açıqlamasında ifadə edib. Millət vəkili qeyd edib ki,

cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin yaradılması müasir tariximizin qürurverici hadisələrindən biridir: "Universitetin yaradılması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimiz dirçəldikcə, oralara Azərbaycan təhsili, elmi və mədəniyyəti qayıdır. Universitetin fəaliyyəti Qarabağ iqtisadi rayonuna yeni ab-hava gətirəcək, kadrlar yetişəcək, bölgənin inkişafında həmin kadrlar əsaslı rol oynayacaq", - deyə M.Qasımlı bildirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər