21.11.2024, 13:03
AZ EN
17.03.2024, 16:20 290

Laçın sakinlərinə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması xalqımıza müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz nümunəsidir. 

Müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin hər yerində, o cümlədən Laçın rayonunda da silsilə tədbirlərlə qeyd olunaraq tarixə düşdü.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 11 aprel tarxli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təltif edilənlər arasında laçınlı ziyalılarımız da vardır.

Belə ki, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təsis edilən medala laçınlıların yaxından tanıdığı Şərqiyə Vəliyeva və Əmirxan Zeynalov layiq görülüblər. Həmin medal 2024-cü il 15 mart tarixdə öz sahibllərinə təqdim edilmişdir.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bu ali təltiflə bağlı Şərqiyə Vəliyevanı və Əmirxan Zeynalovu ən xoş arzularla təbrik etmiş, onlara uzun ömür, cansağlığı arzulamışdır.

Onlara göstərilən diqqətə və edilən təltifə görə Şərqiyə Vəliyeva və Əmirxan Zeynalov ölkə başçısı cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Oxşar xəbərlər