23.12.2024, 21:57
AZ EN
02.02.2024, 08:19 279

Zəngilan və Laçın gəncləri 2 Fevral - Gənclər Günü münasibətilə mükafatlandırılıb

XƏBƏRLƏR
  • Sumqayıt şəhəri, 28 May Mədəniyyət evində Zəngilan rayon İcra Hakimiyyəti, Şərqi Zəngəzur Regional Təhsil idarəsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 2 fevral Gənclər gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Nizami Möhsümov, Regional Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov, Sumqayıt Regional Mədəniyyət və turizm idarəsinin müdiri Rəşad Əliyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov və başqaları iştirak ediblər. İlk olaraq tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 2023-cü il ərzində təhsil, elm, mədəniyyət və digər sahələrdə yüksək nəaliyyətlər qazanmış gənclər fəxri fərmanlarla təltif olunub. Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Möhsümov Zəngilan rayonunun ictimai-siyasi həyatında fəal iştirakına və əldə etdikləri uğurlara görə bir qrup gəncə verilən fəxri fərmanları təqdim edib. Tədbir konsert proqramı ilə yekunlaşıb.

 

****

 

Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində də Laçın Rayon Təhsil Şöbəsinin iclas zalında rayon gənclərinin iştirakı ilə 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilib.

Laçın Rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Laçın rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbir sektor müdiri Natiq Mustafayev tərəfindən açıq elan edilib. Ulu Öndər Heydər Əliyevin və dövlətimizin müstəqilliyi, torpaqlarımızın müdafiəsi və azad olunması zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Laçın rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq Mustafayev 2 Fevral  -  Gənclər Günü münasibəti ilə bütün gəncləri  təbrik edərək, onlara işlərində uğurlar arzulayıb və gənc nəslin düzgün formalaşmasının ölkə siyasətində önəmli yer tutduğunu qeyd edib. O, bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün  Azərbaycan gəncliyi bütün sahələrdə özünü doğruldur.

Tədbirdə iştirak edən Laçın Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cabir Əvəzzadə çıxış edərək Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırıb.

Tədbirdə çıxış edən gənclər onlara dövlət səviyyəsində olan inam və dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını, daim Heydər Əliyev ideyalarına sadiq qalacaqlarını, dövlət  başçısı ətrafında sıx birləşərək öhdələrinə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.

Tədbirin sonunda bir qrup fəal gəncə fəxri fərmanlar təqdim olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər