08.09.2024, 05:58
AZ EN
28.01.2024, 16:50 248

Xocalıdan olan tələbə: “Səsvermə hüququmdan istifadə etmək arzum reallaşır”

XƏBƏRLƏR
  • “Fevralın 7-nə təyin edilmiş seçkilərdə ilk dəfə səsvermədə iştirak edəcəm. Uzun müddətdir ki, bu anı gözləyirdim. Çox həyəcanlıyam, çünki səsvermə hüququmdan istifadə etmək arzum reallaşır. Bu, mənim üçün həm də yeni bir təcrübə olacaq”.

"Vətən səsi" xəbər verir ki, bu fikirləri “secki-2024.az” saytına açıqlamasında Xocalı sakini, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin II kurs tələbəsi Rəvan Ağayev deyib.

 O, həmçinin bu seçkilərin müstəqil Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi baxımından da bir ilk olduğunu bildirib: “2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri erməni işğalından azad edilmiş bütün torpaqlarımızda, o cümlədən mənim doğma Xocalı rayonumda da keçirilir. Həm də buna görə özümü çox şanslı hesab edirəm. Odur ki, 7 fevral mənim yadımda həmişəlik qalacaq”. 

S.Süleymanova

Oxşar xəbərlər