"Layihə çərçivəsində təşkil olunan görüşlərdə məcburi köçkünlərin problemləri dinlənilir və onların qayıdış prosesində qarşılaşdıqları çətinliklər müzakirə olunur. Həmçinin, köçkünlərə dövlət proqramının tələbləri və imkanları haqqında məlumat verilir, onların inteqrasiyası və sosial adaptasiyası üçün nəzərdə tutulan tədbirlər barədə geniş məlumatlandırma aparılır.
Layihə iştirakçıları arasında yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, sosial işçilər və müvafiq dövlət qurumlarının əməkdaşları da yer alır. Görüşlərdə köçkünlərin məşğulluq, təhsil, sağlamlıq və sosial təminat məsələləri üzrə sualları cavablandırılır və onların problemlərinin həlli üçün zəruri addımlar atılır".
Qeyd edək ki, bu cür layihələrin həyata keçirilməsi keçmiş məcburi köçkünlərin yeni həyatlarına adaptasiya olunmasına və onların səmərəli şəkildə cəmiyyətə inteqrasiya olunmasına kömək edir.
Tahirə AĞAMİRZƏ