Məlumat üçün bildirək ki, 1976-cı ildən ədəbi fəaliyyətə başlayan Aqli Abbasın hekayə, povest və romanları oxucular tərəfindən hər zaman maraqla qarşılanıb. Qarabağ müharibəsinə həsr olunmuş "Dolu" romanı 2010-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən "İlin ən yaxşı romanı" adına və "Qızıl kəlmə" mükafatına layiq görülüb. 2012-ci ildə "Dolu" romanı əsasında yazdığı ssenariyə film çəkilib, böyük əks-səda doğuran bu film Mədəniyyət Nazirliyi tərəfindən "Humay" mükafatı alıb. Müəllifin "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Batmanqılınc", "Allahı qatil edənlər" və "Dolu" əsəri müxtəlif illərdə Türkiyədə Türkiyə türkcəsinə çevrilərək yüksək tirajla çap edilib. İki kitabı da Cənubi Azərbaycanda Azərbaycan dilində nəşr olunub.
Azərbaycan respublikası Prezidentinin sərəncamları ilə 2005-ci ildə "Əməkdar jurnalist" adına layiq görülüb, 2012-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
Aqil Abbas çıxışlarında Qarabağ, o cmülədən Tərtərlə bağlı maraqlı xatirələrini paylaşıb. O, yaxın zamanlarda Tərtər sakinlərinin Qarabağ müharibəsində fədafarlığına və bu bölgədə gedən döyüşlərdən bəhs edəcək əsər yazmaq istədiyini də bildirib.
Tədbirin sonunda yubilyara Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Hazırladı: Mina RƏŞİD