Dekabrın 28-də Xankəndindən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 35 təminat-təchizat, minik və təcili tibbi yardım avtomobili maneəsiz keçib. Bundan əlavə, BQXK-yə məxsus 3 avtomobil səhər saatlarında Xankəndindən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə həmin nəqliyyat vasitələri geri dönüblər.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. (AZƏRTAC)