15.12.2024, 18:51
AZ EN
20.06.2024, 12:20 373

"Xankəndində quruculuq və bərpa"- mövzusunda növbəti layihə uğurla davam etdirilir

XƏBƏRLƏR
  • "Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndində quruculuq və bərpa” mövzusunda növbəti layihəni uğurla icra edir. Bu layihə çərçivəsində Gəncə şəhərində məskunlaşan keçmiş məcburi köçkünlərlə görüşlər keçirilir.

Görüşlərin əsas məqsədi “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın səmərəli icrasının təmin edilməsi və köçkünlərin problemlərinin həlli istiqamətində müzakirələrin aparılmasıdır. QHT sədri Xatirə Vəliyeva xəbər verib ki, layihə çərçivəsində təşkil olunan görüşlərdə keçmiş məcburi köçkünlərin problemləri dinlənilir və onların qayıdış prosesində qarşılaşdıqları çətinliklər müzakirə olunur. Həmçinin, köçkünlərə dövlət proqramının tələbləri və imkanları haqqında məlumat verilir, onların inteqrasiyası və sosial adaptasiyası üçün nəzərdə tutulan tədbirlər barədə geniş məlumatlandırma aparılır.

O, daha sonra əlavə edib ki, layihə iştirakçıları arasında yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, sosial işçilər və müvafiq dövlət qurumlarının əməkdaşları da yer alır: "Görüşlərdə köçkünlərin məşğulluq, təhsil, sağlamlıq və sosial təminat məsələləri üzrə sualları cavablandırılır və onların problemlərinin həlli üçün zəruri addımlar atılır.

Bu cür layihələrin həyata keçirilməsi keçmiş məcburi köçkünlərin yeni həyatlarına adaptasiya olunmasına və onların səmərəli şəkildə cəmiyyətə inteqrasiya olunmasına kömək edir. Layihə, həmçinin, köçkünlərin dövlətin onlara göstərdiyi dəstəyi hiss etməsinə və özlərini daha güvənli hiss etmələrinə şərait yaradır", - deyə X.Vəliyeva vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər