09.06.2025, 12:23
AZ EN
16.04.2023, 13:00 335

Vətən oğlu

XƏBƏRLƏR

Rahil Şirxan oğlu Əhmədzadə 25 yanvar 1997-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində anadan olmuşdur. Elə doğulduğu kənddə tam orta təhsil alan Rahil həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. 44 günlük Vətən müharibəsində kiçik çavuş kimi döyüşmüş, adını şərəfli Azərbaycan Ordusunun sırasına yazdırmışdır. Tərtər rayonunun Talış kəndi və Suqovuşan istiqamətində vuruşan R.Əhmədzadə 13 oktyabr 2020-ci ildə Suqovuşanda yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Rahil "Cəsur döyüşçü", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. O, III dərəcəli əlildir, Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləyir.

İsa MUSAYEV

Oxşar xəbərlər