Ölkəmizin İndoneziyadakı səfirliyi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamından irəli gələrək, 20 Noyabr - Ağdam şəhər günü ilə əlaqədar poçt markasının buraxılması təşəbbüsünü irəli sürüb. Poçt markasının üzərində İndoneziya dilində “Aghdam Hiroshima dari Kaukasus” (“Ağdam Qafqazın Xirosimasıdır”) sözləri qeyd olunub. İndoneziya Dövlət Poçt Şirkəti ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, həmin marka noyabr ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyədə olacaq. (AZƏRTAC)