21.09.2024, 16:44
AZ EN
09.03.2022, 13:00 366

Ötən həftə 129 hektardan çox ərazi minalardan təmizlənib

XƏBƏRLƏR

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib

ANAMA-dan Trend-ə verilən məlumata görə, martın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 39 mina və 36 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 129,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Oxşar xəbərlər