18.03.2026, 16:34
AZ EN
18.03.2026, 15:05 47

İrəvan Bakının son tələbini yerinə yetirməyə hazırlaşır

XƏBƏRLƏR
  • Ermənistanda yenidən hazırlanan Konstitusiyanın mətnində giriş hissə, yəni preambula ümumiyyətlə yoxdur. Halbuki hazırkı Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad məhz bu hissəd yer alır.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeli jurnalistlərin suallarını cavalandırarkən deyib. O, Müstəqillik Bəyannaməsi ilə bağlı hissənin yeni Konstitusiyanın mətnindən çıxarılıb-çıxarılmaması sualını şərh edərkən bildirib ki, bu, hökumət üzvlərinin preambula hissəsində ümumiləşdirilmiş məlumatları təqdim etməkdən yayınması anlamına gəlmir: "Əgər kimdəsə belə bir təəssürat varsa, yanılır. Mən həmişə demişəm ki, yeni Konstitusiyanın mətni preambula da daxil olmaqla, ictimaiyyətə açıq olacaq və ictimaiyyət orada yazılanları görə və qərar verə biləcək".

Erməni nazir onu da əlavə edib ki, hazırda yeni Konstitusiya ilə bağlı müzakirələr davam edir: "Konstitusiya adi qanun layihəsi deyil, bu, dövlətimizin hüquqi əsasını təşkil edir. Ona görə də hər bir dəyişiklik ətraflı öyrənilir, saf-çürük edilir. Belə məsələlərdə yekun nəticəyə gəlmək çox vaxt və əmək sərf edir, bəzi məsələləri qərarlaşdırmaq mümkün olmur".

Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib. Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməli olduğunu açıqlayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər