18.03.2026, 16:59
AZ EN
18.03.2026, 13:24 205

Bu gün qəhrəman şəhidimiz Munis Abbaslının doğum günüdür

XƏBƏRLƏR
  • Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. 

Xalqımıza Qələbə sevincini yaşadan qəhrəmanların təbliği gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından önəmlidir.

Munis Abbaslı da belə gənclərimizdəndir.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Munis Həbibullah oğlu Abbaslı 18 mart 2000-ci il Beyləqan rayonunda anadan olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 14 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Munis Abbaslı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər